Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Enerji sektorunda Azərbaycan bütün vədlərini yerinə yetirib”

Mart 01
16:52 2016

“Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir”.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) bu sözləri ötən gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında çıxışında deyib.

Dövlət başçısı təchizatın digər mənbələrinin də olacağına ümid etdiyini qeyd edib: “Biz böyük həcmdə təbii qazı nəql edəcək boru kəmərini çəkirik. Zənnimcə, gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

Hesab edirəm ki, bu gün bizim artıq olduqca möhkəm əməkdaşlıq formatımız var. Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”.

“Azərbaycan hələ 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kimi böyük neft yatağının işlənilməsi ilə bağlı dünyanın əsas neft şirkətləri ilə müqavilə imzalayanda hesab edirdik ki, bu layihənin həyata keçirilməsi, Qara və Aralıq dənizlərinə neft boru kəmərinin çəkilməsi ilə biz öz işimizi başa çatdıracağıq.

Lakin indi – həmin tarixi gündən 22 il keçəndən sonra görürük ki, proses yenə də davam edir. Nailiyyətlərimiz çoxdur. Hətta deyərdim ki, enerji sektorunda Azərbaycan hökuməti bütün vədlərini yerinə yetirdi və planlaşdırdıqlarının hamısına nail oldu. Lakin bu proses yenə də davam edir. Çünki bir layihənin arxasınca digər layihə yaranır. Biz artıq dəhlizi yaratmışıq və ondan, həmçinin digər layihələr üçün istifadə edirik. Gürcüstan və Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan layihə məhz belə başladı. Biz bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə etmişik. Ümid edirəm ki, həmin layihənin bu il açılışı baş tutacaq. Bütün bunlar Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır”, – deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycanın enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib: “Eyni zamanda, hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər