İlham Əliyev (Allah onu qüvvətləndirsin) fərman imzalayıb
755 dəfə baxılıb
Prezident “2016-cı il dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə” və “2016-cı il dövlət büdcəsi haqqında” qanunların tətbiqi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 23 fevral tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” prezidentin 2015-ci il 7 dekabr tarixli 698 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanundakı dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822 000,0 min manat, xərcləri 18 495 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 055 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 16 953 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Uca Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Allah-Təalaya təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)