Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin) fərman imzalayıb

Aprel 21
16:42 2016

Prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) Azərbaycanla Türkiyə arasında hərbi-mülki heyətin mübadiləsinə dair protokolu təsdiqləyib.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, müvafiq Protokol 2016-cı il 15 mart tarixində Ankarada imzalanıb.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər