İlham Əliyev (Allah onu qüvvətləndirsin) İranın Xarici İşlər nazirini qəbul edib
724 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Sələf Xəbər”in President.az-a istinadən xəbərinə görə, ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan Prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd edib. Dövlətimizin başçısı İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
M. C. Zərif ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğulayıb. Nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.