Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”

Dekabr 24
14:32 2015

“Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir”.

“Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır”.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bundan sonra iqtisadi liberallaşma siyasəti daha da ciddi şəkildə aparılmalıdır. “Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.

Sələf Xəbər: Xatırladaq ki, rüşvətxorluq böyük günahlardan biridir, hansını ki, Uca Allah Quranda yada salır: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 188-ci ayə)
İmam ət-Tirmizinin rəvayət etdiyi səhih hədislərdən birində həmçinin bildirilir ki, rüşvət vermək və rüşvət almaq lənətlənmiş əməldir.

Digər xəbərlər