Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qüvvətləndirsin): “Suriyada müharibənin dayandırılmasnı alqışlayırıq”

Fevral 24
17:10 2016

“Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə, atəşkəs yaradılmalıdır, ondan sonra sülh bağlanmalıdır”.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bunu Tehrana səfəri zamanı iranlı həmkarı Həsən Ruhani ilə birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) bildirib.

“Bu gün, eyni zamanda, regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, ABŞ və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəlib. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə, atəşkəs yaradılmalıdır, ondan sonra sülh bağlanmalıdır və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalıdır, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaq”, – dövlət başçısı qeyd edib.

Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər