İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) İsmayıllı üçün 2 milyon manat ayırdı
948 dəfə baxılıb
“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncam üzrə maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.
Xatırladaq ki, bundan öncə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində İsmayıllı rayonunda Olimpiya İdman Kompleksi, Su Elektrik Stansiyası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Sarayı əsaslı təmir olunub, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, İsmayıllı şəhərinin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.