İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin): “Manatın məzənnəsi ədalətlidir”
997 dəfə baxılıb
“Biz artıq əlimizdən gələni etdik”.
“Neftin qiymətinin azalmasına baxmayaraq, biz milli valyutamızı dəstəkləmək üçün əlavə tədbirlər görməyəcəyik”.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) deyib.
“Manatın məzənnəsinə gəlincə, düşünürəm ki, biz artıq əlimizdən gələni etdik. Bundan artığını gələcəkdə hökumət etməyəcək. Neftin ucuzlaşması davam edərsə, manat bundan əziyyət çəkməyəcək. Hazırkı manatın məzənnəsi ədalətlidir və öz yerini tapıb”, – deyə dövlət başçısı qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Qurani-Kərim, “Hud” surəsi, 6-cı ayə)
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizə olunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Uca Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir”. (Bax: “Təfsir Əs-Saadi”)