Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin): “Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi”

Dekabr 23
18:51 2015

“Neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur”.

“Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib”.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin)2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.

“Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün. Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar”. (Qurani- Kərim, “Bəqərə” surəsi, 245-ci ayə)

Digər xəbərlər