Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın): “Azərbaycan digər ölkələrə yardım etmək iqtidarındadır”

İyul 17
17:25 2014

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) İtaliya Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb.

Səfərin son günü İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdə Azərbaycanla FAO arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev FAO-nun televiziyasına müsahibəsində deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq hissi keçirir: “Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk. Cənab baş direktoru bütün dünyanı, demək olar, 200 ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır.

Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir”.

“Kim salamat və təhlükəsizlikdə oyanırsa, və onun bir günlük ruzisi varsa, o sanki, bütün dünyaya sahibdir” (Adab al-Mufrad, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər