Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onu qorusun) Beyləqan və Füzuliyə səfər edib

Avqust 29
17:04 2014

Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Beyləqanda səfərdə olub. Dövlət başçısı Gənclər Mərkəzinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasının açılışında iştirak edib.

Prezident həmçinin Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin və Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.

Daha sonra Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub, Horadiz tikiş fabrikinin açılışında iştirak edib, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.

Azərbaycan prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində və Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı –Babı kəndlərarası avtomobil yolunun açılışında da iştirak edib.

Digər xəbərlər