Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Əfqanıstanda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələri üçün təqaüd təsis edib

Avqust 12
18:14 2014

AzərTAc xəbər verir ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə təqaüd təsis edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, həmin hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir.

Aylıq məbləği 200 manat olacaq təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəyəcək. Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər