İlham Əliyev (Allah onu qorusun): Ermənistanın siyasi rəhbərliyi növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərdi
2. 390 dəfə baxılıb
“Aprel döyüşləri zamanı ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar”.
Selefxeber.az-ın eurasiadiary.az-yə istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev (Allah onu qorusun) Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini vacibliyini qeyd edib: “Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər.
Ona görə aprel döyüşlərində qələbəmiz bizim – həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm dəvətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti iləhərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar”.
Dövlət başçısı Ermənistanın siyasi rəhbərliyinin növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərdiyini qeyd edib: “Necə ki, 1990-cı illərin əvvəllərində onlar mülki əhaliyə qarşı qəddarlıq, cinayət törətmişdilərsə, bu dəfə də döyüş meydanlarından qorxaraq qaçan, öz məğlubiyyətini etiraf edən Ermənistan rəhbərliyi göstərişverdi ki, mülki əhaliyə qarşı cinayət törədilsin. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir əməliyyat aparmamışıq. Bizim problemimiz işğalçı qüvvələrlədir. Onlar isə görəndə ki, artıq duruş gətirə bilmirlər, başladılar bizim kəndləri bombalamağa. Ümid edirdilər ki, bizim vətəndaşlar bundan narahat olaraq bu bölgələri tərk edəcəklər. Alınmadı. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Siz – bax burada yaşayan, aprel hadisələrində buradan tərpənməyən vətəndaşlar bizim qürur mənbəyimizsiniz, biz sizinlə fəxr edirik”.