Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyev: “İslam qadın şəxsiyyətini layiqli mövqeyə yüksəldib”

Oktyabr 21
20:12 2014

“Sələf Xəbər” Trend-in məlumatına istinadən bildirir ki, Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V-ci Beynəlxalq konfransı keçirilib.

Məktubu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin (Allah onu qorusun) konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

“Hörmətli konfrans iştirakçıları, sizi konfransınızın acılışı münasibətilə təbrik edir, hamınıza uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram. Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər respublikamızda təşkil edilən mötəbər beynəlxalq tədbirlər sırasında xüsusi yer tutur.”, məktubda deyilir.

Dövlət başçısı qeyd edib ki, 1995-ci ildə Pekində keçirilən Qadınların Ümumdünya Konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən edib: “İslam Əməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki – İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də iştirakçısı olduğunuz Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir. Qadın hüquqlarına xüsusi diqqət yetirən İslam dini qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltmişdir”.

Prezident İlham Əliyev bildirib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmamışdır. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır.

Əminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaq”.

Digər xəbərlər