İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Malayziya xalqına başsağlığı verdi
991 dəfə baxılıb
President.az xəbər verir ki, iyulun 18-də Prezident İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Malayziyanın Baş naziri Dato Sri Mohd Nacibə başsağlığı məktubu ünvanlayıb. Məktubda Prezident “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu kədərləndirdiyini deyib: “Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Sələf Xəbər: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 154-cü ayə)
“Yer üzündə yaranan səbəblər, hətta ən mühümləri, insana o vaxt fayda verə bilər ki, onlar Allahın qədərinə (taleyə) zidd olmasın. Əgər onlar bunlara zidd olarsa, onda insanın taleyinə təsir göstərə bilməz, çünki məxluqların həyatı və ölümü Lövhi-məhfuzda yazılanlardan bilavasitə asılıdır.” (Bax “Təfsir Əs-Saadi”).