İlham Əliyev (Allah onu qorusun) Rusiya Müdafiə naziri ilə görüşdü
738 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunu qəbul edib.
Selefxeber.az-ın Axar.az-a istinadən xəbərinə görə, dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı bildirilmişdi ki, Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcək. Prezident İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq ordu oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq nəticəni uğurlu hesab etmək olar. Dövlət başçısı Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb. Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən hərbi oyunlarda iştirakını məmnunluqla qeyd edib.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.