İlham Əliyevdən (Allah onu qorusun) 7 milyonluq – Sərəncam
1. 721 dəfə baxılıb
APA-nın məlumatına görə, Prezident İlham Əliyev (Allah onu qorusun) “Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
23 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 7 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Yerin onları yırğalamamağından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.” (Müqəddəs Quran, “Ənbiya” surəsi, 31-ci ayə).
“Uca Allah ayədə bütün yer üzünə səpələnmiş Öz möcüzələrindən bəzilərini sadalayır. Bu möcüzələr Onun qüdrətini, kamilliyini, vəhdətini və rəhmli olmasını təsdiq edir. Həmin möcüzələrdən biri də Allahın yer üzündə dağları istehkam kimi yerləşdirməsidir. Yer ancaq dağların sayəsində sarsılmazlıq əldə etmişdir və yerin onun üzərində yaşayan qullarla birlikdə silkələnməməyi üçün Allah yerdə nəhəng payalara bənzər dağlar yaratmışdır. Əgər yer fasiləsiz olaraq silkələnsəydi, onda Allahın qulları onun üstündə yaşaya və əkinçiliklə məşğul ola bilməzdilər. Yerdə dağ silsilələrinin mövcudluğu məxluqlara çox böyük fayda verir, lakin əgər yüksək və qüdrətli dağlar bir-biri ilə birləşərək vahid dağ silsiləsi yaratsaydı, onda onlar müxtəlif ölkələrin sakinlərinə bir biri ilə əlaqə saxlamağa maneə olardı. Bax buna görə də Allahın müdrikliyi və mərhəməti tələb edirdi ki, O (Pak və Müqəddəs Olan), dağların arasından yollar salsın. Uca Allah bu yolları düz və keçilən etdi ki, insanlar çətinlik çəkmədən bir tərəfdən başqa tərəfə gedə bilsinlər və bunun sayəsində onlar öz Xeyirxahlarının təkliyinə əmin olurdular.” (Bax “Təfsir Əs-Saadi”).