Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyevin (Allah onu qorusun) əfv sərəncamının icrasına başlanılıb

Dekabr 30
16:20 2014

Azərbaycan Prezidenti İlham Əliyevin (Allah onu qorusun) məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Prezidentin imzaladığı əvf sərəncamına əsasən, bu gün 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər məhkum azadlığa buraxılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İdarə rəisi Musa Hümbətov bildirib ki, bu, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış sayca 3-cü əfv sərəncamıdır. Bu sərəncamlar nəticəsində 300-dən çox məhkum əfv olunub.

Sonuncu sərəncama əsasən isə 87 nəfər əfv edilib ki, onların da biri Türkiyə vətəndaşıdır. Əfv edilənlərin ikisi qadındır. M.Hümbətov deyib ki, əfv edilənlərdən 79 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrdən azad edilib.

Məlumata görə, əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü – Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər – Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.

Sərəncam, ümumilikdə, 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

 Sələf Xəbər: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.” (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)

“Bəlalar, məhrumiyyətlər, xəstəliklər, epidemiyalar və bir çox başqa fəlakətlər insanların başına, onların öz törətdikləri cinayətləri sayəsində gəlir. Allahın insanlarla belə davranması, onların günahlarının cəzasız qalmayacağını və bu bədbəxtliklərin bu dünya həyatında cəzanın yalnız bir hissəsi olduğunu anlamaları üçündür. Belə olduqda, onlar bəlkə də, onlara bu qədər zərər vurmuş əməllərdən əl çəkərlər, özlərini doğruldub, düz yola gələrlər. Pak və Müqəddəs Allah, hətta, sınaq və cəza nazil edəndə də, mərhəmətini və rəhmini nümayiş etdirir. Əgər Onun İlahi rəhmi olmasaydı, onda O (Pak və Müqəddəs Olan), bütün məxluqlarından layiq olduqları qisası alardı və yer üzündə bir canlı məxluq belə qoymazdı.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər