İlham Əliyevin (Allah onu qorusun) İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşü olub – FOTO
Aprel 06
21:44
2015
812 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən bildirir ki, Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (Allah onu qorusun) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İƏT arasında yüksək səviyyəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Bu görüşün əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyəti qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində tutduğu ədalətli mövqe yüksək qiymətləndirilib.
Söhbət zamanı ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!