İlham Əliyevin (Allah onu qüvvətləndirsin) keçən il bölgələrə etdiyi səfərlərin statistikası
625 dəfə baxılıb
Dövlət başçısı bölgələrə səfərlər çərçivəsində 62 yeni obyektin açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) ötən il ölkənin şəhər və rayonlarına 19 dəfə səfər edib.
“Sələf Xəbər”in “Report”a istinadən xəbərinə görə, dövlət başçısı Sumqayıta və Siyəzənə 2 dəfə olmaqla, Qusar, Mingəçevir, Bərdə, Astara, Lənkəran, Şabran, Cəlilabad, Xızı, Kürdəmir, Ağsu, Ucar, Göyçay, Zaqatala, Şəki və Naxçıvan Muxtar Respublikasına səfər edib.
Prezident bölgələrə səfərlər çərçivəsində 62 yeni obyektin açılış mərasimində iştirak edib.
Bu obyektlər sırasına 1 Heydər Əliyev Mərkəzi, 1 Bayraq Meydanı, 5 istehsal müəssisəsi, 4 turizm istirahət obyekti, 3 park-bulvar, 1 “ASAN xidmət” mərkəzi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 6 körpələr evi-uşaq bağçası, 3 mərkəzi xəstəxana, 12 yol-nəqliyyat infrastrukturu, 3 gənclər evi, 6 su təchizatı infrastrukturu, 3 orta məktəb, 6 inzibati bina, 2 elektrik (Su və Günəş) stansiyası, 1 muzey, 4 (musiqi, şahmat və uşaq incəsənət) məktəb və 1 beynəlxalq hava limanının yeni terminalı daxildir.
Dövlət başçısı, həmçinin yeni istifadəyə verilən və yenidənqurma işləri aparılan 18 obyektdə olub. Bu obyektlər sırasına 5 istehsalat müəssisəsi, 4 park, 3 muzey-mədəniyyət mərkəzi, 1 Bayraq Meydanı, 1 mərkəzi xəstəxana, 1 hotel, 1 istirahət mərkəzi və 2 şəhərdə ümumilikdə 1182 məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış kompleksləri daxildir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)