İlham Əliyevin (Allah onun hakimiyyətinin müddətini xeyirdə uzatsın) reytinqi
1. 089 dəfə baxılıb
“Sələf Xəbər”-in qafqazinfo.az-a istinadən məlumatına görə, Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə (Allah onun hakimiyyətinin müddətini xeyirdə uzatsın) alternativ görmür.
“Rəy” Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti dövlətimizin başçısını dəstəkləyir. Monitorinq Mərkəzinin məlumatına görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi.
Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi “İlham Əliyev sizin maraqlarınıza cavab verirmi?” sualını müsbət cavablandırıb. Rəyi soruşulanların 68 faizi isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür.
“Omnibus” tipli ictimai rəy sorğusu cari il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4 faizdən çox deyil.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır” (Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə)
İnsan bu nemətlərin qədrini bilməlidir. Eləcədə hər hansı nailiyyət qazandıqda bununla kifayətlənmir, daha yüksək nəticələr əldə etməyə cəhd etməlidir.