Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İlham Əliyevlə (Allah onu İslam üzərində sabit etsin) Qətər əmirinin təkbətək görüşü olub

Mart 08
16:57 2016

Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin (Allah onu İslam üzərində sabit etsin) Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, səfərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sələf Xəbər: Müsəlmanlara bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər