“İndi Azərbaycandan İŞİD-ə qoşulma faktı yox dərəcəsindədir”
741 dəfə baxılıb
“İŞİD terror xəvaric qruplaşmasına qoşulan azərbaycanlılardan peşman olub qayıdanlar var”.
“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Bu il ərzində Azərbaycandan bir nəfərin də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getmədiyini deyən Komitə sədri bildirib ki, əvvəllər İŞİD terror xəvaric qruplaşmasına silahlı biləşmələrinə qoşulanlardan peşman olub qayıdanlar var: “Çox təəssüf ki, bəziləri İŞİD terror xəvaric qruplaşmasına qoşulduqdan sonra çox böyük fəlakətlə üzləşiblər, hətta həlak olanlar da olub. Amma son zamanlar, yəni bu il ərzində dəqiq deyə bilərəm ki, Azərbaycandan bir nəfər də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getməyib”.
M.Qurbanlı qeyri-qanuni silahlı birləşmələrə qoşulan ölkələr arasında Azərbaycanın adının hallanmadığını bildirib: “İŞİD terror xəvaric qruplaşmasına qoşulanların siyahısında demək olar ki, azərbaycanlıların sayı hallanmır. Çünki bizim ölkədən o qanunsuz silahlı birləşmələrə qoşulanların sayı çox cüzi olur. Əsas böyük ölkələrin adı həmin siyahıda hallanır”.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.