Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İnstitutların adları dəyişdi – SİYAHI

İyul 08
10:59 2014

AzVision.az xəbər verir ki, baş nazir Artur Rasizadə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

Baş nazirin qərarına əsasən, Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasında doktorantura yaradılacaq.

Bu qərarla Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının adları dəyişdirilib.

Ə. Hüseynov adına Kibernetika İnstitutu – İdarəetmə Sistemləri İnstitutu, Akad. M.Nağıyev adına Kimya Problemləri İnstitutu – Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisi – Dendrologiya İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu isə – Fəlsəfə və Hüquq İnstitutu adlandırılıb.

Digər xəbərlər