İordaniyanin Dağlıq Qarabağ haqqında mövqeyi
749 dəfə baxılıb
İordaniyanın Baş naziri: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın mövqeyi birmənalıdır, heç zaman dəyişməyəcək”.
Millət vəkili Qənirə Paşayeva Ammanda İordaniyanın Baş naziri Abdullah Ensourla görüşüb.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, görüşdə Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirak edib.
Q. Paşayeva görüşdə bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Millət vəkili İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. Q. Paşayeva İordaniya baş nazirinə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları barədə geniş məlumat verib.
İordaniyanın Baş naziri A. Ensou Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda keçirilən beynəlxalq tədbir çərçivəsində görüşdüklərini və dost Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin daha da inkişaf etdirilməsinin ölkəsi üçün çox önəmli olduğunu söyləyib. Baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini, hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını vurğulayıb.
Q. Paşayeva İordaniya Baş nazirinə içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))