İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb
773 dəfə baxılıb
Türkiyə-Suriya sərhəddində İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb.
“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, bu barədə xəbəri “life-news” yayıb.
Xəbərdə bildirilir ki, Türkiyə-Suriya sərhəddində sərhəddi qanunsuz olaraq keçmək istəyən bir qrup ələ keçirilib. Yaxalanan 18 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaqdır. Qrupda olanlardan 13-ünün Rusiya, 4-nünü Azərbaycan vətəndaşı olduğu bildirilir.
Onların arasında Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətlərinin axtardığı rusiyalı yeniyetmə Varvara Karaulava da var. Varvara 28 may tarixindən evdən çıxıb və bir daha geri qayıtmamışdı. Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.