İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı saxlanılıb
Avqust 19
16:03
2015
961 dəfə baxılıb
Türkiyənin Hatay vilayətində son 7 ay ərzində İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üşün Suriyaya keçmək istəyən 21 xarici vətəndaş saxlanılıb.
“Sələf Xəbər”in Azvision.az-a istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.
Terror qruplaşmasına qoşulmaq istəyən digər şəxslər isə İngiltərə, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan vətəndaşlarıdır. Onlar öz ölkələrinə deportasiya ediliblər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (əl-Buxari)