Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar barədə – Səfirlikdən açıqlama

Noyabr 11
19:34 2015

“Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda həbs olunduğu deyilən 14 Azərbaycan vətəndaşı ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinə sorğu göndərilib”.

“Sələf Xəbər”in AzNews.az-a istinadən məlumatına görə, səfirlikdən deyiblər ki, Azərbaycan Daxili İşlər Naziriliyinin Türkiyədəki nümayəndəsi bəhsi keçən şəxslərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması üçün müvafiq strukturlara müraciət edib.

“Hazırda səfirlik bu müraciətin cavablandırılmasını gözləyir,” səfirliyin nümayəndəsi bildirib.

İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstandan gələn 38 nəfər təhlükəsizlik qüvvələri tərəfindən keçirilmiş əməliyyatda yaxalanıblar.

“Yaxalananlardan 15 nəfəri uşaq, 10-u qadındır”, Türkiyə mətbuatı yazıb.

Məlumatlara əsasən, saxlanılan şəxslər arasında 14 nəfəri Azərbaycan vətəndaşıdır. Əməliyyat zamanı yaxalanmış şəxslər tibbi nəzarətdən keçirildikdən sonra öz ölkələrinə deportasiya ediliblər, məlumatda deyilir.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İŞİD terror xəvaric qruplaşmasına keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər