Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar Türkiyədə yaxalandılar

Fevral 13
18:02 2015

İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən şəxslərin sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub.

Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşı olduğu bildirilib. Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada İŞİD terror xəvaric qruplaşmasına qoşulmaq istəyən 14 nəfərin yaxalandığı barədə məlumat verilmişdir.

 Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad deyil, fitnədir”.

Digər xəbərlər