İŞİD-ə qoşulmaq istəyənlərin sırasında 4 azərbaycanlı da tutuldu
742 dəfə baxılıb
Türkiyədə İŞİD terrorçularına qoşulmaq üçün Suriyaya getməyə çalışan 471 nəfər yaxalanıb.
“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, saxlanılanlar Qaziantepdən keçərək münaqişə ocağına getmək niyyətində olublar.
Saxlanılanların böyük əksəriyyəti türklər olsa da, onların arasında əcnəbilər də var. Onlardan 4-ü Azərbaycan vətəndaşları olub.
269 şəxs barəsində “terror təşkilatına qoşulma” maddəsi ilə cinayət işi açılıb. 214 nəfər isə deportasiya edilib.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Mühsin əl-Abbada (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən, Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı”.