Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İŞİD-i Xəzərdən vuran “Dağıstan” gəmisinin komandiri azərbaycanlıdır

Oktyabr 08
16:00 2015

Xəzər donanmasının 4 gəmisi “İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşmasının 11 hədəfinə 26 ədəd “Kalibr” qanadlı raketi buraxıb. Hədəflərə zərbələr endirən gəmilər arasında “Dağıstan” raket gəmisi də var.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, onun komandiri, əslən azərbaycanlı olan II dərəcəli kapitan Vüsal Miriyevdir.

Vüsal Miriyev 1978-ci ilin avqust ayının 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya silahlı qüvvələri sıralarında xidmət edir.

F.F.Uşakov adına Baltik Hərbi-dəniz İnstitutunu bitirdikdən sonra onun təyinatı Xəzər donanmasına verilib. Burada o, 2002-ci ildən 2005-ci ilə qədər raket katerinin komandirinin yardımçısı, 2005-ci ildən 2010-cu ilə qədər isə raket katerinin komandiri olub. 2010-cu ildən Miriyev “Tatarıstan” keşikçi gəmisinin, sonra isə “Dağıstan” raket gəmisinin komandiri təyin edilib.

2013-cü ilin avqust ayının 13-də gəmiyə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev baş çəkib.

Məhz o zaman dövlət başçılarına komandir Vüsal Miriyev təqdim edilmişdi.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər