Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda toplandılar

May 12
17:21 2016

IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edilib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda başlamasına bir il qaldığı bir vaxtda, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri Oyunlara hazırlığı qiymətləndirmək məqsədi ilə bu gün bir araya gəliblər.

“Sələf Xəbər” bildirir ki, bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboumun sədrliyi ilə, Koordinasiya Komissiyasının nümayəndələri Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AISGOC) tərəfindən hazırlanan bir sıra təqdimatlara tamaşa ediblər.

Seminar zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı geniş məlumatlar verilib.

ISSF-in 1-ci Vitse-prezidenti və Koordinasiya Şurasının sədri polkovnik Hamad Kalkaba Malboum bildirib ki, Azərbaycan idman dünyasında böyük irsə malik bir ölkədir: “Biz əminik ki, IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli bir tədbir təşkil edəcək. Bakıya yenidən qayıtmağımızdan və hazırlıq işlərindəki mühüm və böyük irəliləyiş haqqında eşitməyimizdən məmnun olduq. Təşkilat komitəsinin oyunlara hazırlıq prosesindəki yüksək əhval ruhiyyəsi bizi çox sevindirir və Oyunlara bir il qalması etapının qeyd edilməsini səbirsizliklə gözləyirik”.

Azərbaycan Gənclər və İdman naziri, AISGOC-nin baş icraçı direktoru Azad Rəhmiov bildirib: “Bakıda Koordinasiya Komissiyasını qəbul etmək bizə sonuncu görüşdən keçən dövr ərzində gördüyümüz işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını bir daha müzakirə etməyə imkan yaradır. 12 gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarını çox böyük uğurla həyata keçirdiyini nəzərə alsaq, ölkəmizə təşrif buyuracaq nümayəndələrin də Azərbaycandan xoş təəssuratlarla ayrılacağına əminik”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edilib.

12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edilib.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, loqo azərbaycanlı dizaynerlər qrupu tərəfindən hazırlanıb.

Qeyd olunub ki, loqo İslam dövlətlərinin tarixini, irsini və mədəniyyətini özündə birləşdirib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)

Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər