İsmayıllı sakini Suriyadakı döyüşdə öldürüldü
1. 944 dəfə baxılıb
“Sələf Xəbər” bugun.az saytına istinadən bildirir ki, İsmayıllı rayonundan Suriyaya ailəsi ilə birlikdə gedən Rahid adlı şəxs döyüşlərdə öldürülüb.
Axar.az-a rayondakı qaynaqlardan verilən məlumata görə, hazırda Rahidin ölümündən onun doğmaları məlumatlıdır, ancaq ailəsinə bu bəd xəbər hələ deyilməyib.
Rayon sakini olan Rahid İsmayıllıda bərbər işləyib, ibadətlə məşğul olub, bir müddət öncə isə həyat yoldaşı ilə Suriyaya gedib. Qeyd edək ki, son günlər İsmayıllıdan Suriyaya gedən ailələr haqda müxtəlif söz-söhbətlər yayılıb.
Sələf Xəbər: Nüfuzlu alim Əbdül Muhsin əl-Abbadda (Allah onu qorusun) “Suriyada cihad varmı və oraya cihada getmək icazəlidirmi?” sualı verildi.
Şeyx cavab verdi: “Həqiqətən Suriya əhalisinin onlar üçün edilən duaya daha çox ehtiyacı vardır. Hər kəs onlar üçün məqsədli şəkildə dua etməlidir. Oraya getməyə gəldikdə isə buna ehtiyac yoxdur, çünki orada problem döyüşənlərin sayında deyil. Bundan əlavə, təhlükə var ki, oraya (Suriyaya) gedənlər (xəvaric və təkfirçi) qruplaşmaları kimi ola bilər, hansılar ki, İraqdakı müharibəyə getdilər və o səbəblə də orada şər və pislik yayıldı.”