İşsiz qalan olmayacaq
1. 153 dəfə baxılıb
“İnsanları əmək bazarına inteqrasiya edəcəyik”.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, biznes qurmaq istəyən gənclərə birdəfəlik ödəniş ediləcək. Hökumət gənclər arasında işsizliklə mübarizə çərçivəsində yeni tədbirlər planı hazırlayıb.
Layihəyə əsasən dövlət universitetini yeni bitirən gənclərə bir dəfəlik pul ödənişi edəcək. Bu vəsait hesabına isə gənc özünün şəxsi biznesini quracaq. Amma gənclər bu vəsaiti almaq üçün özünü sübut etməli olacaq.
İlk olaraq öz biznesini qurmaq istəyənlər arasında seçim aparılacaq. Sonra isə seçilmişlərə tədris mərkəzində “biznesin əsasları” adlı kurs keçiriləcək. Kursu bitirdikdən sonra yalnız imtahandan müvəfəqiyyətlə çıxmış gənclərə pul veriləcək ki, onlar sahibkarlıq fəaliyyətinə başlasınlar.
Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli deyib ki, onlar sabahkı günün vergi ödəyicisi olacaqlar.
“Sabah yeni iş yerlərinin açılmasına tövhə verən insan olacaqlar. Ona görə yenə də deyirəm ki bu məşğulluq xidmətləri orqanları üçün vacib məsələdir, yəni biz passiv tədbirdən aktiv tədbirə keçirik. İnsanları əmək bazarına inteqrasiya edəcəyik”, – deyə Dövlət Məşğulluq Xidmətinin rəisi bildirib.
Hələlik bu ideya “pilot layihə” kimi bu ilin payızında Göyçay rayonunda icra olunmağa başlanacaq. Layihə bitəndən sonra təhlillər aparılacaq və müsbət nəticə olduğu halda yenilik bütün ölkədə tətbiq olunacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).” (Müqəddəs Quran, “Hud” surəsi, 6-cı ayə).
“Uca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.” (Bax “Təfsir Əs-Saadi”).