Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“İstehlak qiymətləri çox ciddi nəzarətə götürülüb”

Yanvar 18
17:42 2016

“Qiymət artımının aztəminatlı təbəqəyə təsirinin azaldılması məqsədilə təkliflər hazırlanıb”.

“Devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb”.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, istehlak qiymətləri çox ciddi nəzarətə götürülüb: “Unun və çörək məmulatlarının qiymətlərinin aşağı salınması məqsədi ilə fiskal tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımının təsirlərinin azaldılması məqsədilə hökumət bütün sosial ödənişlərin artırılması istiqamətində təkliflər hazırlayıb”.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (Qurani-Kərim, “ Talaq” surəsi, 2,3-cü ayə)
“Allah-Təala təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər