İstirahət günləri yollarımızda 5 nəfər həyatını itirdi
628 dəfə baxılıb
İstirahət günlərində Azərbaycanda baş vermiş qəzalarda 5 nəfər həyatını itirib.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, şənbə günü respublika yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, daha 13 nəfər isə yaralanıb. Bazar günü isə ölkədə 6 yol qəzası olub. Bu qəzalar 1 nəfərin ölümünə, daha 6 nəfərin isə yaralanmasına səbəb olub.
Hər bir faktla bağlı araşdırma aparılır.
Sələf Xəbər: Uca Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (əl-Bəqərə surəsi, 195-ci ayə).
Allah təala bizə özümüzü təhlükəyə atmağı qadağan edir. Hər kəsə məlumdur ki, yol nəqliyyat hadisələrinin baş verməsinin başlıca səbəbi sürət həddinin aşılması və yol hərəkət qaydalarını bilməməkdir.
Sələf alimlərinin fətvasına görə yolda müəyyən edilmiş sürət həddini aşan insan buna görə günah daşıyır, ələlxüsus yol qəzası törədərsə mütləq şəkildə haram iş etmiş sayılır. Hətta Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) 120 km saatdan yüksək sürəti özünə qəsd olması barədə fətva vermişdi. Yol hərəkət qaydalarını bilməmək də bir növ özünü təhlükəyə atmaqdır. Ona görə də müsəlman bunu dərk etməli və bu sahədə məsiliyyətini hiss etməlidir.