Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İtaliyanın xəbər portalı Qarabağ münaqişəsindən yazdı

Sentyabr 04
15:16 2015

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz keçiriləcək “seçkilər”dən bəhs edən məqalə yerləşdirilib.

“Sələf Xəbər” AzNews.Az-a istinadən məlumat verir ki, yazıda Cənubi Qafqazda, xüsusilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması, uzun müddət həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin regionda təhlükəsizliyə ciddi təhdid olduğu diqqətə çatdırılır. Məqalədə, həmçinin Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə elan etdiyi qərar, cari ayın 13-də separatçı rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”in keçiriləcəyi və bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yer alıb.

Müəllif rəsmi Bakının mövqeyini diqqətə çatdıraraq qeyd edir ki, qondarma “Dağlıq Qarabağ respublikası”ndakı “seçkilər” Ermənistanın işğalçılıq siyasətini bir daha təsdiq edir və bu ölkənin münaqişənin sülh yolu ilə həllinə qeyri-konstruktiv yanaşdığını göstərir.

Dağlıq Qarabağ problemi barədə ətraflı məlumat verilən yazıda qeyd olunur ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunulan məqalədə münaqişənin nizamlanması istiqamətində qurumun fəallığının müşahidə olunmadığı vurğulanır.

Sələf Xəbər: Uca Allahdan düşmən tapdağında olan torpaqlarımızın tezliklə alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər