Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

İtkin düşmüş hərbçilərimizlə bağlı son xəbər

İyun 24
14:31 2015

Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hesab edilən iki hərbçisi barədə məlumat yayıb.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Azərbaycan hərbçilərinin onlara əsir düşmədiyini bildirib.

“Azərbaycan hərbçilərinin azması istisna deyil. Azərbaycan tərəfdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə edilən müraciət belə deməyə əsas verir. Bu gün saat 16:00 radələrində Qırmızı Xaçın İrəvan ofisindən bizə müraciət edilərək, Azərbaycan silahlı qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına təminat verilməsini xahiş edib.

Biz dərhal belə təminat verdik. Ancaq qarşı tərəfin hansı addım atdığı bizə məlum deyil. Bəyan edirik ki, Ermənistan tərəfinə heç bir Azərbaycan hərbçisi keçməyib”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda kiçik serjant Musa Sabir oğlu Musayevin və Tural Sabir oğlu Yolçuyevin azaraq təmas xətttini keçdiyi deyilir.

Sələf Xəbər: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)

Digər xəbərlər