Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Təşkilat Komitəsi yaradılıb

Sentyabr 19
15:57 2015

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

“Sələf Xəbər” “A24.az”-a istinadən məlumat verir ki, sərəncama əsasən, 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri

Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Azad Rəhimov – Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Elmar Məmmədyarov – Azərbaycan Respublikasının Xarici İşlər naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri
Samir Şərifov – Azərbaycan Respublikasının Maliyyə naziri
Ramil Usubov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Eldar Mahmudov – Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri
Ziya Məmmədov – Azərbaycan Respublikasının Nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının Təhsil naziri
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi,
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Aydın Əliyev – Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti,
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü
Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru
Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi)
Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək, Təşkilat Komitəsinə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələlərin həlli tapşırılıb.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər