Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Jirinovski: “Suriyalı qaçqınlar Azərbaycana axışacaq”

Sentyabr 15
15:00 2015

Rusiya Dövlət Dumasında LDPR (Rusiya Liberal-Demokrat Partiyası) fraksiyasının rəhbəri, partiya sədri Vladimir Jirinovski Suriyada Bəşər Əsəd rejiminin süqutuna hansı səbəblərdən yol verilməməli olduğunu açıqlayıb.

“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, bu barədə LDPR-in rəsmi saytında xəbər verilir.

Məlumata görə, Jirinovski hazırda iqtisadi müharibənin getdiyini, ancaq neft hasil edən ölkələrin bombalandığını bildirib:

“Liviya neft deməkdir, İraq neft deməkdir, Suriya neft deməkdir. Harada neft və qaz yoxdursa, orada sakitlikdir. Suriya əsas mövqe tutur. Yeni qaz və neft kəmərləri bu ölkədən keçməklə Türkiyəyə, oradan isə Avropaya çəkiləcək. Suriya mane olur. Türkiyə ucuz neft və qazda maraqlıdır, o, tranzitçi olacaq. Qətər və Səudiyyə Ərəbistanı isə Avropaya qaz tədarük edəcəklər, çünki dəniz nəqliyyatı ilə çətindir”.

Jirinovskinin sözlərinə görə, əgər Suriya Əsəd rejiminin süqutundan sonra dağılarsa, İrana qarşı müharibə başlayacaq:

“O zaman qaçqınlar Avropaya və cənuba yox, şimala, Azərbaycan, Ermənistan, Gürcüstana, Şimali Qafqaza axın edəcəklər – orada da hər şey dağılacaq. Daha sonra bu dalğa Rostova, Voronejədək çatacaq. Qərbin məqsədi odur ki, dünya böyük müharibə astanasında olsun.

Bunun üçün Yaxın Şərqdə yanğının baş verməsi və milyonlarla qaçqının Avropaya gəlməsi lazımdır. Və qoy avropalılar öz mehmanxana və mənzillərini hazırlasınlar – onlar Yaxın Şərqdən, Afrikadan 200-300 milyon qaçqın qəbul etməlidirlər. O zaman bütün Avropa ölkələrində sağ-radikalçı, nasist, faşist hökumətlər hakimiyyətə gələcək. Britaniya NATO və Avropa İttifaqından çıxacaq.

Bax, elə onda Avropada əsl qarışıqlıq başlayacaq. Avropa qalacaq, lakin avropalılar qaçqınlara xidmət edəcəklər”.

Jirinovski bugünkü Suriyanı 1936-cı ilin İspaniyası ilə də müqayisə edib:

“Orada biz İspaniyaya kömək edə bilmədik və hakimiyyətə ispan faşistləri gəldilər”.

Sələf Xəbər: Uca Allah buyurur: “Əgər siz yara almışsınızsa, o (düşmən) qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir. (Həm də ona görə belə edirik) ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 140, 141-ci ayələr)

Allah məğlubiyyətə uğramış müsəlmanlara təskinlik verərək, belə məğlubiyyətin olduqca böyük faydası olduğunu izah edir. Əgər onlar məğlubiyyətə uğradılmışdırlarsa, müşriklər onlardan da əvvəl belə bir məğlubiyyətə uğradılmışdılar. Hər iki tərəf bir-birilərinə son dərəcə ağır zərbələr endirmişdilər. Lakin müsəlmanların üstünlüyü ondadır ki, onlar Allahdan kömək alacaqlarına ümid bəsləyirlər, lakin kafirlər buna bel bağlamırlar. Uca Allah buyurur: “Kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir”. (Qurani-Kərim, “Nisa” surəsi, 104-cü ayə)
Məğlubiyyətin yenə bir faydası ondadır ki, Allah maddi nemətləri təkcə iman gətirənlərə və möminlərə deyil, kafirlərə və fasiqlərə də bəxş edir. İnsanlar yer üzündə dəyişən uğurla hökmranlıq edirlər: bu gün bir qismi üstünlük əldə edir, sabah isə başqaları. Bu onunla izah olunur ki, bu dünya həyatı fani və keçicidir. O, bütövlüklə iman gətirmiş şəxslər üçün təyin olunmuş Axirət həyatından fərqlidir.

Məğlubiyyətin və aldanmanın bir faydası da ondadır ki, bu zaman Allah əsil möminləri münafiqlərdən fərqləndirir, çünki əgər müsəlmanlar bütün döyüşlərdə qələbə çalsaydılar İslam dinini onu istəməyənlər də qəbul edərdi. Lakin bəzən müsəlmanlar məğlubiyyətə məruz qalır və ağır günlər keçirməli olurlar ki, bu da onlara, həm bədbəxtlik və həm də xoşbəxtlik anlarında İslam dininə sadiq qalan möminlərlə bu keyfiyyətlərə malik olmayan münafiqlərin arasındakı həddi öyrənməyə imkan verir.

Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər