Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Jurnalistlərə uşaq hüquqları üzrə təlim keçirilir

Sentyabr 01
15:18 2014

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan jurnalistləri üçün “Uşaq hüquqlarının qorunması: milli / beynəlxalq qanunvericilik və təcrübə” mövzusunda seminar keçirir.

20-yə yaxın yerli jurnalistin iştirak etdiyi təlim “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi ilə birgə keçirilir.

Jurnalistlərə valideyn və uşaqların hüquq və vəzifələri, ailədə uşaq hüquqları, uşağın müdafiə hüququ, əmlak hüququ, BMT-nin 1989-cu il “Uşaq hüquqları haqqında Konvensiyası” və digər mövzularda geniş məlumat verilib.

Digər xəbərlər