Keçmiş azərbaycanlı İŞİD-çi: Fikirləşdiyim kimi olmadı, qayıtdım
1. 613 dəfə baxılıb
Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Selefxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə A.Qəhrəmanov özünü qismən təqsirli bilib. R.Qasımov isə özünü təqsirli bilmədiyini söyləyib.
A.Qəhrəmanov ifadəsində qeyd edib ki, 2013-cü ildə 14 gün Suriyada olub. O, Suriyaya getməkdə məqsədinin yerli camaata kömək etmək olduğunu bildirib: “Orada dağıntılar altında qalanları çıxarırdım. Burada idman zallarından birində məşqçi işləyirdim. Gedəndən sonra fikirləşdiyim kimi olmadığını görüb, geri qayıtdım”.
Daha sonra R.Qasımov dindirilib. O deyib ki, Əl-Nüsra cəbhəsində olan şəxslərlə danışığı olub. Ona Suriyada vəziyyətin yaxşı olduğunu deyib, ora çağırıblar. Lakin ora getməyib.
Növbəti proses iyulun 5-nə təyin edilib.
Qeyd edək ki, antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də, onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.
A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.
Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”