Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Kəmaləddin Heydərov BƏƏ səfirini qəbul edib

Aprel 14
21:13 2015

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Məhəmməd Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, FHN-dən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

Nazir Kəmaləddin Heydərov səfir Salem Xalifa Məhəmməd Əl-Ğafliyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)
“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər.”

Digər xəbərlər