Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

KİV: 400 PKK terrorçusu Qarabağa göndərilib

Aprel 07
19:44 2016

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana dəstək məqsədilə 400 yaraqlını Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.

Məlumata görə, terrorçular Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli bölgəsində yerləşdiriliblər.

“Sələf Xəbər”in Milli.az-a istinadən məlumatına görə, Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında bildirib ki, hazırda bu xəbələrlə bağlı araşdırma aparılır.

“Hazırda bu məlumatın qaynağı araşdırılır. Məsələ araşdırıldıqdan sonra nazirlik mövqeyini açıqlayacaq”, – deyə V.Dərgahlı bildirib.

Qeyd edək ki, Türkiyə KİV-lərin yaydığı xəbərdə terrorçuların İraq və Suriya düşərgələrindən Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir. Məlumatlara görə, PKK-nın Ermənistana hərbçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.

Bundan başqa, PKK-nın Suriya qanadı olan PYD-nin tərkibində 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.

Qeyd edək ki, Moskvada terrorçu PYD-nin nümayəndəliyi fəaliyyət göstərir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər