KİV: İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) və Sarkisyan görüşəcəklər
Noyabr 24
18:26
2015
688 dəfə baxılıb
Tərəflər atəşkəs rejiminə riayət etmək məsələlərini müzakirə edəcəklər.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın 1-də Parisdə baş tutacaq.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Qrapark” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Parisdə danışıqlarda yeni təkliflər irəli sürülməyəcək, tərəflər atəşkəs rejiminə riayət etmək və danışıqların davamı məsələlərini müzakirə edəcəklər.
Sələf Xəbər: Uca Allahdan düşmən tapdağında olan əzəli-əbədi torpaqlarımızın geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!