Kredit borcları müəllimi intihara sürüklədi
915 dəfə baxılıb
“Sələf Xəbər” Qafqazinfo-ya istinadən xəbər verir ki, uzun illərdir Bərdədə yerləşən Laçın rayonu Ağanus kənd orta məktəbində müəllim işləyən Eldar Əliyev Xəqani küçəsində yerləşən evinin həyətində özünün asıb. Özünü asan təhsil işçisinin küllü miqdarda borcu olduğu bildirilir.
Rayon sakinlərinin verdiyi məlumata görə, onun N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu işləyən oğlu Ceyhun Əliyev bir necə bankdan böyük məbləğdə kredit götürüb. Övladının borclarını verə bilməyən ata çıxış yolunu intihar etməkdə görüb.
Sələf Xəbər: Günümüzdə, insanlar, nağd pulla reallaşdıra bilmədikləri tələbatlarını (maşın, ev, mebel və s.) “asan” yolla – bankdan faizə pul vəsaiti götürməklə ödəyir. Bu üsul artıq adi hal alıb. Sözdə asan olan bu üsul, insanı daima götürdüyü məbləği və faizini necə ödəyəcəyi fikri ilə qəm-qüssəyə qərq edir. Bəzi hallarda isə borcu ödəyə bilməyən kəs sıxıntıdan intihar edərək bu əzabdan canını qurtarmaq istəyir.
Uca Allah sələmçiliyi qətiyyətlə haram edərək buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).
“Uca Allah Öz mömin qullarına bir-birinin əmlakını qanunsuz yolla yeməyi qadağan etmişdir. Bu qadağa başqasının mülkiyyətini güc tətbiq etməklə, oğurlamaqla, qumarda udmaqla və digər alçaq qazanc vasitələri ilə mənimsəməyə aid edilir. Bundan başqa, qadağa həm də təkəbbürlüyündən öz mülkiyyətini israfçılıqla xərcləyənlərə də şamildir, çünki bu ədalətsiz və günahkar əməldir.
Allah qanunsuz yolla özgəsinin mülkiyyətini əldə etməyə və xərcləməyə qadağa qoyduqdan sonra, öz əmlakını ticarət etmək və digər icazə verilmiş qazanc növləri vasitəsilə çoxaltmağa icazə vermişdir. Bu vasitələr ancaq müəyyən şərtlər çərçivəsində, razılıq verilmiş sayılır; şərtlərdən biri də tərəflərin qarşılıqlı razılığıdır.Qanunsuz yolla əmlak əldə etmənin, özünə və bu mülkü alan şəxslərə zərər vurulmasının qadağan edilməsindən sonra, Uca Allah insanlara yaşamaq üçün ticarətlə, peşələrlə, günəmuzd işlə və insanlara fayda gətirən digər fəaliyyət növləri ilə məşğul olmaqla qazanc əldə etməyə icazə verir.
Allah ticarət əqdləri bağlamağa ancaq tərəflərin qarşılıqlı razılığı ilə icazə verərək qeyd edir ki, əqd bağlanarkən sələmçiliyə əsaslanmamalıdır. Sələmçilik və müamilənin ticarətlə əlaqəsi yoxdur, çünki belə əqdlər tamamilə başqa niyyətlərlə bağlanılır.” (Bax “Təfsir Əs-Saadi”).
Sələmçilikdən uzaq olanlara isə, Allah kömək edəcəyini vəd edir: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.” (Müqəddəs Quran, “Talaq” surəsi, 2-3-ci ayə)