Külək Samuxu zülmətə qərq etdi
1. 026 dəfə baxılıb
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, iyulun 20-də axşam saat 19 radələrində Samux rayonunda müşahidə olunan güclü külək rayonun elektrik təsərrüfatında ciddi fəsadlar törədib. Samux da daxil olmaqla 10-dan artıq yaşayış məntəqəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
İri gövdəli ağaclar aşaraq elektrik naqilləri və dirəkləri yarasız hala salıb. Gecə saatlarından başlayaraq rayonun aidiyyəti strukturlarının əməkdaşları fəsadların aradan qaldırılmasına cəlb olunublar və rayon mərkəzi ilə bir neçə kəndə enerji verilişi bərpa olunub.
Hazırda digər yaşayış məntəqələrində də iş aparılır. Samux elektrik şəbəkəsinin rəisi Razim Qasımovun sözlərinə görə, tez bir zamanda bütün fəsadlar aradan qaldırılacaq və enerji verilişi bərpa olunacaq.
“Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri (istədiyi səmtə) yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.”(Müqəddəs Quran, “Casiyə” surəsi, 5-ci ayə)