“Kupça”ların verilməsinə dair yenilik edilib
2. 115 dəfə baxılıb
Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasının keçirilməsində daha bir yenilik edib.
Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu kampaniya çərçivəsində sakinlər iş yerlərində də evlərinə, torpaqlarına sənəd ala biləcəklər.
Komitə bundan sonra “Kütləvi çıxarış” kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.
Bütün bu sosial və innovativ tədbirlər qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır.
Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnir.
Komitə əhalini bu yeniliklərdən faydalanmağa və yaradılan əlverişli şəraitdən istifadə etməklə əmlaklarını sənədləşdirməyə dəvət edir.