Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Küveyt Dövləti Mehriban Əliyevanı mükafatlandırdı

Avqust 22
17:05 2014

“Sələf Xəbər” Heydər Əliyev Fondunun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb.

Mehriban Əliyeva, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.

Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib.

Qeyd edək ki, bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.

Digər xəbərlər