Lələ təpəni azad edən komandirə general rütbəsi verilib
792 dəfə baxılıb
Lələ təpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən Mais Bərxudarova general-mayor rütbəsi verilib.
“Sələf Xəbər”in Bizimyol.infoya istinadən məlumatına görə, bu barədə millət vəkili Sahib Əliyev özünün “Feysbuk” səhifəsində yazıb:
“Məhz döyüşdə, məhz əsgərin önündə, məhz qələbə çalmaqla öz sərkərdəliyini təsdiqləmiş yeni generalımız! Ali Baş Komandan İlham Əliyev əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələ təpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mais Bərxudarova general-mayor rütbəsi verdi.
Uğurlu-xeyrli olsun, müzzəffər ordunun yeni generalı, zəfərlərin davamını gözləyirik!”
Sələf Xəbər: Ey vətənimizin qəhrəman əsgərləri bilin ki, Uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Qurani-Kərim, “əs-Saff” surəsi, 4-cü ayə)
Peyğəmbərimiz (ona Allahın salavat və salamı olsun) isə hədisdə sizi belə müjdələmişdir: “Allah yolunda bir gün keşik çəkmək, dünya və onun içərisindəkilərdən daha xeyirlidir…” (Tirmizi rəvayət etmişdir.)